Avropa İttifaqı bütün limanlarını Rusiya üçün bağladı

Avropa İttifaqı ölkələri bütün limanlarını Rusiya gəmiləri üçün bağlayıb. 

Azpost.info bildirir ki, bu barədə Ukryana Prezidentinin Ofisinin başçısı Andrey Yermak məlumat verib.

“Avropa İttifaqının ruslar üçün olan təlimatları fəaliyyətə başlayıb. Bu direktivlər Rusiya bayrağı altında üzən bütün gəmilərə, o cümlədən 24 fevraldan sonra Rusiya qeydiyyatını dəyişdirmiş gəmilərə aiddir”.

Yermak deyib ki, yalnız SOS siqanlı verən gəmilər üçün müəyyən istisnalar nəzərdə tutulub.

 

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.