Rusiya ordusu hucuma keçib –"Müharibənin ikinci fazası başlayıb" (ZELENSKİ)

Ukraynanın şərqindəki Donbas regionu uğrunda döyüş artıq başlanıb.

BBC radiosunun xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Biz indi təsdiqləyə bilərik ki, Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda döyüşə başlayıb. Rusiya ordusunun böyük bir hissəsi indi bu hücum üçün ayrılıb”, – deyə Ukrayna Prezidenti bildirib.

 

Ukraynada müharibənin ikinci fazası başlayıb.

Ukrayna Prezidentinin administrasiyasının rəhbəri Andrey Yermak belə deyib.
O, Ukraynanın təhlükəsizlik rəsmilərinin Rusiyanın Ukraynanın şərqində yeni hücuma keçməsi ilə bağlı xəbərdarlıqlarını təsdiqləyib. A.Yermak vətəndaşları ordunun gücünə inanmağa çağırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.