Paşinyan Putinlə görüşmək üçün Moskvaya gəlib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya iki günlük səfərə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Hava limanında Paşinyanı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Departamentinin direktoru İqor Boqdaşev qarşılayıb.

Paşinyanla yanaşı, Rusiyaya daha bir neçə rəsmi şəxs, o cümlədən baş nazirin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan gəlib.

Moskvada Ermənistan baş nazirinin Rusiya prezidenti Vladimir Putin, baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşləri nəzərdə tutulub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.