“Mənim üçün böyük şərəfdir”– İlon Mask Roma Papası ilə görüşüb (FOTO)

Amerikalı milyarder İlon Mask Roma Papası Fransisklə görüşüb.

Azpost.info xəbər verir ki, o, bu barədə “Tvitter” hesabında məlumat verib.

Mask görüşün onun üçün böyük şərəf olduğunu yazıb, həmçinin Papa ilə birgə fotosunu dərc edib. Onlarla birlikdə Maskın dörd övladının da fotosu çəkilib.

İtaliyanın “La Repubblica” qəzetinin məlumatına görə, bu, 40 dəqiqə davam edən şəxsi görüş olub. Görüş Vatikanda  Müqəddəs Marfa Evində keçirilib.

Söhbət zamanı amerikalı iş adamı və Papa ekoloji problemləri və bəşəriyyətin gələcəyini müzakirə ediblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.