Lex” – “Qarabağ” oyununun ilk hissəsi başa çatıb –UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Lex” (Polşa) – “Qarabağ” (Ağdam) oyununun ilk hissəsi başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən hissə Polşa təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0. Yeganə qolu 41-ci dəqiqədə meydan sahiblərinin kapitanı Mikhael İshak vurub.

Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin “Sürix” klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.