“Nəzakət və etiket qaydalarını bilmirlər!”- Lavrov G20 sammitini tərk etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitini tərk edib. XİN rəhbəri sammitin günortadan sonrakı hissəsində – rəsmi naharda və işçi sessiyasında iştirak etməyəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.

Daha əvvəl Lavrov sammitin digər iştirakçıları tərəfindən boykot edilib. G7 ölkələrinin xarici işlər nazirləri İndoneziyada G20 həmkarları ilə şam yeməyinə gəlməyib və Lavrovun iştirakı ilə görüşün ənənəvi fotosu çəkilməyib.

Buna cavab olaraq Lavrov Qərb ölkələrini nəzakət və etiket qaydalarını anlamadıqlarına görə qınayıb. Nazirlərin ənənəvi fotoçəkilişinin ləğvi ilə bağlı yayılan xəbərləri şərh edən XİN rəhbəri heç kimi onunla şəkil çəkdirməyə dəvət etmədiyini və Rusiyanın heç kimin arxasınca qaçmadığını deyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.