“Qarabağ” bu gün cavab oyununa çıxacaq –Çempionlar Liqası

UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün turnirin birinci təsnifat mərhələsinin cavab oyununda Polşanın “Lex” klubu ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası (Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper) idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında bir həftə əvvəl Poznanda keçirilmiş ilk oyun “Lex”in 1:0 hesablı qələbəsilə başa çatıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.