Rusiya sülhməramlısının idarə etdiyi maşın Xankəndi-Əsgəran yolunda VAZ-2107 ilə toqquşub- Dörd nəfər ölüb

Qarabağdakı Rusiya sülhməramlı hərbçisinin idarə etdiyi avtomobillə VAZ-2107 toqquşub.

Qəza bu gün səhər Xankəndi-Əsgəran yolunda baş verib.

Rusiyalı hərbçi, 1992-ci il təvəllüdlü İ. Y.-nın idarə etdiyi “HAVAL” markalı avtomobillə 1996-cı il təvəllüdlü yerli sakin Saruşen E.-nin idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub.

Nəticədə VAZ-2107-nin sürücüsü ağır xəsarət alıb, maşında olan dörd qadın isə yerindəcə ölüb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.