Sumqayıtda tələbənin dənizdən meyiti tapılıb

Sumqayıtda dənizdən qadın meyiti tapılıb.

Meyit Xəzər dənizinin Sumqayıt sahilində “damba” deyilən ərazidə aşkarlanıb.

Araşdırma zamanı meyiti tapılan şəxsin Kürdəmir rayonu sakini 2004-cü il təvəllüdlü Cəfərova Mələk Eldar qızı olduğu müəyyən edilib. Meyit aidiyyatı üzrə təhvil verilib. Onun intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, 18 yaşlı M. Cəfərovanın Sumqayıt Tibb Kollecinin tələbəsi olduğu deyilir(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.