Yanğınlara görə 1000-ə yaxın abonent qazsız qalıb- “Azəriqaz”

Şabran rayonunun 9 kəndində qaz təchizatı dayandırılıb. Hazırda 1000-ə yaxın abonent qazsızdır.

“Azəriqaz” İB-dən bildirilib ki, bu sözləri “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.

O bildirib ki, böyük ziyandan söz getmir: “Araşdırma aparılır, xətlər təftiş olunur. İlkin olaraq dəymiş ziyanın həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.