Əməkhaqqında əlavənin verilməsi sertifikatlaşdırılmadan keçənlərə aiddir

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçirilir. Əməkhaqqında əlavənin verilməsi təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş şəxslərə aiddir.

Bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O deyib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesində keçid​ balını​ toplamış təhsilverənlərin vəzifə maaşına 10 faiz, keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş təhsilverənlərin vəzifə maaşına 35 faiz artım edilməsi nəzərdə tutulub

Qeyd edilib ki, təhsilverənlər işə qəbul olduqdan sonra 5 il müddətində bu prosesdən azaddırlar. Bu səbəbdən həmin şəxslərə aid edilməyəcək(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.