Xəzər dənizində (“Şüvəlan” sularda xilasetmə məntəqəsindən təqribən 2 kilometr aralı, nəzarətsiz ərazidə) avqustun 21-də batan bir nəfərin axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.