İşğaldan azad olunmuş ərazilərdə ov mövsümü olmayacaq- Açıqlama

İşğaldan azad olunan ərazilərdə ov mövsümün açılması və ya orada ovçuluq fəaliyyətinin təşkili nəzərdə tutulmayıb.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, işğal müddətində orada olan faunaya da böyük mənfi təsir olub:

“Orada ekosistemin yenidən bərpa olunması, heyvanların sayının artırılması və təhlükəsizlik məslələrinin təmin edilməsi kimi məqamlar nəzərə alınaraq ovun təşkili nəzərdə tutulmayıb”(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.