Baş nazir Əli Əsədov Qırğızıstan Prezidenti ilə görüşüb- FOTO

Avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çolpon-Ata şəhərində Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Qırğızıstan Prezidenti Sadır Japarov Baş nazir Əli Əsədovu və iclasın digər iştirakçılarını, o cümlədən Avrasiya Hökumətlərarası Şurasının üzvlərini və tədbirdə müşahidəçi və qonaq qismində iştirak edən dövlətlərin hökumət başçılarını salamladı.

Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Qırğızıstan Prezidentinə çatdırdı.

Ə.Əsədov, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının ikitərəfli gündəliyində duran məsələlərə toxundu.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.