Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 26-da Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.