Ədəbiyyat üzrə Nobel mükafatını 82 yaşlı fransız yazıçı aldı

Ədəbiyyat üzrə Nobel mükafatı 82 yaşlı fransız yazıçı Anni Ernoya verilib.

Azpost.info xəbər verir ki, Erno bu mükafatı qazanan 15-ci fransız yazıçısıdır. Sonuncu dəfə 2014-cü ildə fransız yazıçısı Patrik Modiano Nobel mükafatına layiq görülüb.

Mükafat dekabrın 10-da Stokholm Filarmoniyasında təqdim olunacaq.  Nobel mükafatı qaliblərinin hər birinə 10 milyon kron (916 min ABŞ dolları) təqdim olunacaq.

Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi tanzaniyalı yazıçı Abdulrəzak Gurna olmuşdu. Onun əsəri qaçqınların taleyinə həsr olunmuşdu.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.