Milyarder İlon Mask “Twitter“in sahibi olub.
Azpost.info bildirir ki, Tesla-nın baş direktoru Mask 44 milyrad dollar ödəyərək bu sosial şəbəkə ilə bağlı sövdələşmə sazişini imzalayıb. Maks öz bloqunda “Quş azaddır” yazıb.
Tvitterin sahibinə çevrilən kimi Mask şirkətin bir neçə top-menecerini işdən çıxarıb və Tesla-nın Baş ofisindən öz mühəndislərini gətirib. Onlar Tvitter-in proqram kodunu yoxlamalıdırlar.
Mask şirkətin 75 faiz əməkdaşının işdə qalacağını bəyan edib.
“FOX Business” mötəbər mənbələrə istinadən yazıb ki, Mask Tvitterin Baş direktoru Paraqa Aqravalı, maliyyə direktoru Ned Siqalı və təhlükəsizlik və hüquq şöbəsinin rəhbəri Vicay Qaddeni işdən çıxarıb. Maskın sözlərinə görə, bu “üçlük” Tvitterdə feyk akkauntlar barədə onu və sərmayəçiləri bilərkdən yanıldıb.
KİV-in məlumatlarına görə, Mask həmçinin müştərilərlə iş üzrə direktor Sara Personneti də və şirkətin hüquq üzrə məsləhətçisi Şon Edcetti də işdən azad edib. Şonun işdən çxarılma xəbəri gələn kimi mühafizə xidməti dərhal onu binadan çıxarıb.
“Business İnsider” nəşrinin məlumatına görə, işdən azad edilmiş şəxslərə kompensasiyaya ödəniləcək. Aqraval 38 milyon dollar, Siqal 25 milyon, Qadde 12 milyon, Personnet 11 milyon dollar alacaqlar.
Bir müddət Tvitterə Mask özü rəhbərlik edəcək.
Maskın Tesla-dan dəvət etdiyi mühəndislər proqram kodlarını yoxlayır. Bloomberg-in məlumatına görə, Tesla-nın mühəndisləri artıq lazım olan bütün məlumatlatı təqdim ediblər.
Dünəndən etibarən Tvitter mühəndisləri proqram kodlarına heç bir dəyişiklik edə bilmirlər. Bu sövdələşmənin şərtlərindən biri olub.
Aprel ayından başlanan bu sövdələşmə nəhayət ki, baş tutdu. Bunun Tvitter-in işinə necə təsir edəcəyini isə zaman göstərəcək.
Azpost.info