“Fəryad- 2”nin premyerası Türkiyədə festivalında olacaq

“Həyat, deyəsən, gözəldir” (“Fəryad 2”) filminin premyerası “Korkut Ata” film festivalında olacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti Vaqif Mustafayevin çəkdiyi, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı şanlı qələbəyə həsr olunmuş “Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filminin dünya premyerası 1-5 noyabr tarixində Türkiyə Respublikasının Bursa şəhərində keçiriləcək “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında baş tutacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.