Bakı-Qazax yolunda avtobus aşıb, 8 nəfər yaralanıb

Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölüm yoxdur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.