Bakıda azyaşlı uşaqları diləndirən qadın 10 sutka həbs edilib

Metronun müxtəlif stansiya və keçidlərində qohumu olan 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.

Bu şəxsin Bərdə rayon sakini 1984-cü il təvəllüdlü Rəna Məmmədova olduğu məlum olub. Onun barəsində məhkəmə qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.