“Xersonun azad olunması möhtəşəm qələbədir” –ABŞ prezidentinin müşaviri

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan Xersonun azad edilməsini  Ukraynanın “möhtəşəm qələbəsi” adlandırıb. 

Azpost.info bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bununla belə Sallivan Rusiyanın Xerson vilayətini tam tərk etməsi barədə açıqlamasını təsdiq edə bilməyib.

“Görünür ruslar bu qənaətlərini icra ediblər. Həqiqətən ukraynalılar möhtəşəm qələbə qazanıblar. Bu çox diqqətəlayiq məsələdir”-deyə Sallivan bildirib.

Sallivan deyib ki, Xersonda qələbə böyük strateji nəticələrə yol açıb: “Rusları çayın o biri sahilinə sıxışdırmaq o deməkdir ki, Odessa və Qara dəniz sahilləri üçün əvvəlkindən fərqli olaraq uzunmüddətli təhlükə daha yoxdur”.

Müşavir deyib ki, bu qələbə müharibənin sonu deyil, lakin mühüm məqamdır. “Xersonun azad edilməsi ilk növbədə qərbin dəstəyi ilə birgə Ukrayna ordusunun ustalığı sayəsində baş tutub”. 

Azpost.info

 

 

Əvvəlki məqalə

Cizgi filmlərində zorakılıq səhnələrinə baxan uşaqlar məktəbdə pis oxuyurlar –

Sonrakı məqalə

“Putin anlamalıdır ki, “diktatorlar dünyası” ideyası daha işləmir” –