Naxçıvan DSMF 10 ayda 196 milyon manat gəlir əldə edib

2022-ci ilin 10 ayı üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 196 milyon 54 min manat olub. 

Azpost.info bildirir ki, bu barədə Naxçıvan DSMF-nin mətbuatla əlaqələr üzrə baş mütəxəssisi Nicat Orucov bildirib. Onun sözlərinə görə,bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 32 milyon 121 min manat çoxdur.

Fondun xərcləri isə 167 milyon 629 min manat təşkil edib. Bu isə ötən illə müqayisədə 10 milyon 228 min manat çoxdur.

2018-ci illə müqayisədə isə fondun gəlirlərində 77 milyon 105 min manat, xərclərində isə 51 milyon 233 min manat artım olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.