Qarabağda torpaqların icarəyə verilməsi Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb

İşğaldan azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsində Kənd Təsərrüfatı Nazirliyi müvəqqəti olaraq səlahiyyətlidir. Bu həm də Qarabağda torpaqların idarə edilməsi deməkdir.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

O bildirib ki, Qarabağda kənd təsərrüfatı üzrə potensial ərazilər “Azərkosmos”la birlikdə müəyyən edilib.

“Artıq həmin ərazilərə fermerlər və investorlar cəlb etmişik və fındıq əkinlərinə başlanılıb” – deyə F.Tağıyev əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.