Aksiyanın 23-cü günü:iştirakçıların fəallığı axşam saatlarında da davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq 23 gündür davam edir.

Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının ərazidə fəallığı müşahidə olunur.

Onlar axşam saatlarında da mütəmadi olaraq Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.