ABŞ idmanda Rusiya bayrağını və himnini qadağan etməyə çağırıb

ABŞ beynəlxalq idman yarışlarında Rusiya və Belarusun bayraqlarına, gerblərinə və himnlərinə qoyulan qadağa istəyir.

Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pye bildirib.

Onun sözlərinə görə, idman təşkilatları və Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının iştirakına icazə versə də bunun qarşısı alınmalıdır.

“Rusiya və Belarusun rəsmi dövlət bayraqlarından, gerb və himnlərindən istifadə də qadağan edilməlidir”, – deyə bildirilib.

Daha əvvəl məlumat verilmişdi ki, Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarının dövlət bayrağı və himni ilə yarışa buraxılması variantını nəzərdən keçirməyəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.