Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim edilib- FOTO

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsinə təyin edilmiş Natiq Əliyev müəssisə kollektivinə təqdim olunub.

Nazirlikdən verilən xəbərə görə, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, eləcə də təhsil müəssisəsinin pedaqoji kollektivi iştirak ediblər.

Elm və təhsil naziri Natiq Əliyevin akademiyaya rektor təyin olunması ilə bağlı sərəncamı diqqətə çatdırıb və yeni rektora fəaliyyətində davamlı uğurlar arzulayıb.

Rektor Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyini söyləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.