“Mançester Yunayted”in satışı niyə ləngiyir?

“Mançester Yunayted”in satılması prosesi mövsümün sonuna qədər ləngiyə bilər.
Matc xəbər verir ki, “qırmızı şeytanlar”ın sahibi olan Qleyzer ailəsi komandanı güzəştli qiymətə satmağa razı ola bilər, lakin ümumilikdə hazırda klubun sahibləri arasında tərəddüd var. Altı ailə üzvünün hər birinin müqavilə üçün öz planları var.
Bu baxımdan “Mançester Yunayted”in bir ay ərzində satılma ehtimalı xeyli azalıb.
Daha əvvəl bildirilmişdi ki, Qleyzerlər təxminən 6 milyard funt-sterlinqə alıcı axtarır. “Mançester Yunayted”in alınması üçün 4,5 milyard avro təklif edən Qətər Şeyxi Həməd bin Casim bin Cabir Əl Tani və britaniyalı milyarder Cim Ratkliff əsas namizədlərdir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.