Premyer Liqa:“Səbail” “Sumqayıt”ı, “Sabah” “Kəpəz”i qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tur çərçivəsində iki oyun keçiriləcək.

Günün ilk matçında “Səbail” klubu “Sumqayıt”ı qəbul edəcək. Bakı təmsilçisi 17 xalla turnir cədvəlinin sonuncu, “Sumqayıt” isə 18 xalla doqquzuncu pilləsində yer alıb. Matç saat 16:00-da start götürəcək.

Günün digər qarşılaşmasında “Sabah” “Kəpəz”i sınağa çəkəcək. “Bank Respublika Arena”da oynanılacaq qarşılaşma saat 18:30-da başlayacaq. “Sabah” 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıbsa, “Kəpəz” 20 xalla yeddinci sıradadır.

Qeyd edək ki, “Zirə” və “Şamaxı” arasında keçirilmiş turun açılış oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb. Martın 5-də baş tutacaq matçlarda “Qəbələ” “Qarabağ”ı, “Neftçi” isə “Turan Tovuz”u qəbul edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.