Şair Salam Sarvan ictimai birlik yaradıb

Şair Salam Sarvan ictimai birlik təsis edib. 

“Fikir” milli-mənəvi dəyərlərin təbliği ictimai birliyi artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Birlikdən verilən məlumata görə, yaxın vaxtlarda ciddi layihələrə start veriləcək. Əsas hədəf Azərbaycanın mədəni məkanında baş verən hadisələrə dürüst, hər cür konyunkturadan uzaq münasibətin formalaşmasına təkan vermək, təbliğ ediləcək mədəni dəyərlərin seçimində ədalətə əsaslanmaqdır.

Əsas istiqamətlərdən biri də ədəbi mühitdəki, ədəbiyyat təsərrüfatındakı böyük xaosda vicdanlı təhlillər, şəffaf müsabiqələr yolu ilə aydınlıq yaratmağa çalışmaq, ictimai rəyin çaşdırılmasına imkan verməmək, layiqlilərin haqlarını önə çəkməkdir. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir