“Çin və ABŞ-ın iqtisadiyyatları bir-birinə çox bağlıdır. Ona görə də iki ölkə bir-biri ilə əməkdaşlıq etməlidir”.
Azpost.info xəbər verir ki, bunu Çin Dövlət Şurasının Baş naziri Li Tsian bildirib.
“Müşahidələrimə görə, son illərdə ABŞ-da bəzi insanlar Çinlə əlaqələri kəsmək barədə söhbətləri gücləndirir. Bu mövzu medianın diqqətini çəkir. Amma bundan nə qədər insan faydalana bilər?”, – Tsian deyib.
Hökumət başçısı qeyd edib ki, iki ölkənin iqtisadiyyatı bir-biri ilə sıx bağlıdır və təzyiq siyasəti heç bir tərəfə fayda verməyəcək: “Çin və ABŞ arasında ikitərəfli ticarət ötən il rekord həddə – 760 milyard dollara çatıb. Bütün bunlar onu deməyə əsas verir ki, Çin və ABŞ əməkdaşlıq edə bilər və etməlidirlər. Çin-ABŞ əməkdaşlığı perspektivlidir və məhdudlaşdırma və təzyiq heç kimə fayda verməyəcək”.
Azpost.info