Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Azərbaycan parlamentinin güllələnmiş deputatları –

User 01 Fevral 2026 - 11:45 (Last updated: 01 Fevral 2026 - 11:46)
meclis03

AzPost bildirir ki, son 35 ildə Azərbaycan parlamentinin bir sıra üzvləri sui-qəsdlər nəticəsində həyatlarını itiriblər.

SSRİ-nin son ilində -1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatlarını da bu sıraya əlavə etsək acılı-ağrılı mənzərənin şahidi oluruq.

 

1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilən Eldar Bağırov 1991-ci ildə Bakıda – Ali Sovetin iclasından qayıdarkən  yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Eldar Bağırov Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qardaşıdır.

İki deputat, Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri Aydın Məmmədov və Dilarə Əliyeva 1991-ci il aprel ayının 19-da müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olublar.

Azərbaycan Ali Sovetinin deputatı Zülfü Hacıyev 1991-ci il 20 noyabrında Qarakənd yaxınlığında dövlət xadimlərinin olduğu vertalyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində həlak olub.  O, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışıb. Zülfi Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi.

Müstəqil Azərbaycan parlamentinin bir sıra üzvləri də sui-qəsdlə öldürülüb.

1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsd nəticəsində odlu silahla qətlə yetirilib.

Birinci çağırış  Milli Məclisinin deputatı olan Ə.Ansuxski uzun illər Balakəndə rəhbər vəzifələrdə çalışıb.

Sovet İttifaqı Qəhrəmanı, akademik, deputat Ziya Bünyadovun da taleyi faciəli olub. Birinci çağırış Milli Məclisin deputatı seçilən Z.Bünyadov seçkilərdən 2 il sonra öldürülüb. 1997-ci ildə yaşadığı evin girişində qətlə yetirilən deputatın ölümü Azərbaycan cəmiyyətini şoka salmışdı.

Azərbaycanın tanınmış dövlət və siyasi xaddimi Afiyəddin Cəlilov da Milli Məclisin qətlə yetirilən sabiq deputatlarındandır. 1992-ci ildən Milli Məclisi sədrinin müavini olmuş Afiyəddin Cəlilov Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak edib. Parlamentin sabiq sədr müavini 1994-cü il sentyabrın 29-da  qətlə yetirilib.

AzPost.az

Post navigation

Previous: Niyə yaş artdıqca vaxt qısalır, illər sürətlə keçir?
Next: SSRİ-nin dağılacağını 1944-cü ildə kim deyib? – Vanqanın “Krım ora birləşəcək” mesajı –

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
İran Ermənistana təbii qaz ixracını artırmaq imkanlarını nəzərdən keçirir. Tehran İrəvanı enerji sahəsində əməkdaşlıq üçün ən əlverişli...
Read more about İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.