Ermənistan hərbçiləri ABŞ-ın təşkil etdiyi təlimlərdə iştirak edəcək

Ermənistan hərbçiləri ABŞ-ın rəhbərliyi ilə Avropada keçiriləcək çoxmillətli “Müdafiəçi-23” təlimində iştirak edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sabrina Sinqh brifinqdə bildirib.

Manevrlərə 9 min ABŞ hərbçisi və 26 müttəfiq və tərəfdaş ölkədən 17 min əsgər cəlb olunacaq.

“Aprelin 22-də başlayacaq təlimdə təxminən 9 min ABŞ əsgərinin iştirak edəcəyi gözlənilir. Bu, ABŞ-da yerləşən qüvvələrin strateji yerləşdirilməsinə, Avropa müttəfiqləri və tərəfdaşları ilə qarşılıqlı fəaliyyət məsələlərinə yönəlmiş iki ay davam edən təlimdir”, – Sinqh deyib.

Pentaqonun rəsmisinin sözlərinə görə, təlimlərə ABŞ və Ermənistandan başqa, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan hərbçilər cəlb olunacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.