Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Osminoqun üç ürəyi var

User 10 May 2025 - 14:23 (Last updated: 21 May 2025 - 20:45)
osminoq

Bu heyvan haqqında “BB news” saytında maraqlı məlumatlar dərc olunub.

Ahtapotlar, yəni osminoqlar heyrətamiz canlılardır. Onların mavi qanı və yüksək inkişaf etmiş sinir sistemi var. Qeyri-adi təsir bağışlayan bu canlı səkkiz qolundan (heyvanın adından çox aydın görünür ki, ayaqlar yox, məhz qollar) sərbəst istifadə etməklə hərəkət edir və eyni zamanda da onlarda heç vaxt çaşqınlıq yaratmırlar.

Ümumiyyətlə, onurğasız heyvanlar üçün xarakterik olmayan mürəkkəb qapalı qan dövranının sistemi bütün sefalopodlarda mövcuddur. Üstəlik, qapalı qan dövranı sistemi olan onurğalılardan fərqli olaraq, sefalopodların bir yox, üç normal işləyən ürəyi var. Qoşalaşmış bronxial ürəklər isə ağciyər dövranında qəlpələrlə fəal iştirak edirlər, qanı qəlpələr vasitəsilə itələyirlər. Bu qəribə canlının orqanizminin mərkəzi sistemi isə tam oksigenlə zənginləşdirilən hemolimfanı bütün bədənə paylaya bilir.

Elmi adamlarının Ahtapot adlandırdığı və osminoq kimi tanınan bu heyvanın digər bir heyrətamiz xüsusiyyəti də bədənində orqanların işinin ayrı-ayrı mərkəzlərdən idarə olunmasıdır. Məlum olub ki, hər bir əl ancaq öz sinir mərkəzi tərəfindən idarə olunur, yəni öz beyninə bənzəyir. Bənzər sinir mərkəzlərinin fəaliyyəti isə ürəklərin işinə nəzarət edir.

Sistemli ürək zədələnirsə, qan orqanlara çatmayacağından ahtapot öləcək, ancaq tək qəlpə ilə hər şey daha çox mürəkkəb görsənir. Əgər onlardan biri laboratoriya şəraitində zədələnərsə, heyvan mütləq sağ qalacaq, lakin ikincinin yükü artacaq. Amma burada da konkret fiziki məhvdən söhbət gedir. Qəlpənin, yaxud qəlpələrin təbiətdə funksiyası ürəyin nizamlanması prosesinə davam gətirərsə, osminoq çox sürətlə özünü bərpa edir. Hətta iki qəlpə
ürəyinin sinir mərkəzləri zədələnsə belə, yenə də osminoq ölmür.

Qəlpə ürəklərindən birinin işinə nəzarət edən sinir mərkəzi zədələnirsə, bu ancaq delfinlərin hücumu zamanı baş verə bilər, sinir kordları yırtılır, lakin yenə osminoq sağ qalır. Zədələnmiş orqan təslim olmur, minimum səviyyədə işləməyə davam edir və bu zaman yük sağlam ürəyə düşür. Bu vaxt yenidən bölüşdürülmə ilə bağlı fərq də hiss olunur, sistemli ürəyin aritmiyası daha qabarıq müşahidə edilir.

Alimlərin fikrincə, bir orqanın olmaması ilə də hər şey az-çox aydın olur. Alimlər müqayisə üçün bildirirlər ki, İnsanlar da tək böyrəklə yaşayırlar, amma osminoq hər iki qəlpəli ürəyinin sinir mərkəzləri zədələnsə belə yenə də ölmür. Orqanlar tam hazırlıqlı olurlar, məhz buna görə də həmişə minimal yük rejimində işləməyi çox yaxşı bacarırlar. Müəyyən mərhələdə sefalopod fəaliyyətini azaldırsa, bu vaxt sinir mərkəzləri yenidən güc sərf etməklə bir neçə ay ərzində özlərini bərpa edirlər.

Alimlərin müşahidə etdiyi ən heyrətamiz proses həm də osminoqun orqanizmində sistemli ürəyin fəaliyyətinə nəzarət edən sinir mərkəzinin fəaliyyəti pozulan zaman baş verir. Osminoq mexaniki olaraq qanın dövranını dəyişdirə bilir və bu heyvan öz qanını elə bir üsulla itələməyə başlayır ki, yalnız hemolimfa ilə dolduqda o büzülür. Buna görə də maddələr mübadiləsi sürəti azalır, lakin osminoq yenidən canlı qalır.

Elmi adı Ahtapot olan osminoqlar növləri səkkizayaqlıların dəstəsindəki ən yumşaq gövdəli mollyuskalardır. Bu canlıların 300 növü var və mürəkkəpbalığı, kalamarlar, nautiloidlərlə bərabər Cephalopodların sinfində qruplaşırlar.

Oqtay Qorçu

AzPost.az

Post navigation

Previous: Yeni araşdırma qocalmanı ləngitməyə kömək edə bilər
Next: İnsanda işıq saçan kosmik bakteriyalar var

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.