Mərhum prezident Heydər Əliyevin 1987-ci ilin oktyabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefası Mixail Qorbaçovun təzyiqlərindən sonra baş tutdu.
Siyasi Büronun üzvü olan H.Əliyev istefasından sonra bir neçə il Moskvada təqaüdçü həyatı yaşayıb.
Lakin o, ictimai proseslərdən uzaq durmayıb.
Heydər Əliyevin Siyasi Bürodan və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postundan getməsindən sonra onun SSRİ-nin ictimai həyatında iştirakı ilə bağlı az məlumat var.
Heydər Əliyev 1989-cu ilə qədər SSRİ Ali Sovetinin deputatı kimi səlahiyyətlərini saxlayıb.
Mərhum prezident 1984-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə Azərbaycandan deputat seçilib. SSRİ Ali Sovetinin deputatları 1984-1989-cu illər ərzində ali qanunverici orqanın üzvləri sayılıb.
Azpost.info mərhum Heydər Əliyevin istefasından sonra iştirak etdiyi tədbirlərin birində çəkilmiş nadir fotosunu oxucularına təqdim edir. 1988-ci ildə çəkilmiş fotoda H.Əliyevin hansısa toplantının çay fasiləsi zamanı əks olunub.