Sərhəddə təxribat nəticəsində hərbi qulluqçumuz şəhid oldu

əsgər
əsgər

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür: “Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.