Orta Asiya ölkələri də sanksiyalara qoşulacaq- Rusiya XİN-dən AÇIQLAMA

“Orta Asiya ölkələri yaxın vaxtlarda Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Qaluzinin sözlərinə görə, Orta Asiya ölkələri Rusiyaya açıq şəkildə bildiriblər ki, məhdudiyyətlər çox tezliklə tətbiq oluna bilər, çünki onlar heç bir riski öz üzərlərinə götürmək istəmirlər.

“Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyinə baxmayaraq, bir sıra Orta Asiya ölkələri risk almaq istəmir. Onlar Qərbin məhdudlaşdırıcı tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə bildirirlər”, – XİN rəsmisi qeyd edib.

O əlavə edib ki, Rusiya heç kimə xarici və daxili siyasi kurs diktə etmir. Eyni zamanda XİN rəsmisi bildirib ki, Rusiya Orta Asiya regionu ölkələri ilə strateji əlaqələri ardıcıl şəkildə gücləndirməyi planlaşdırır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.