Məşhur amerikalı müğənni Tina Terner vəfat edib.
Röyterin məlumatına görə, o, 83 yaşında dünyasını dəyişib.
Onun nümayəndəsi bildirib ki, Terner İsveçrənin Sürix yaxınlığındakı Küsnacht şəhərindəki evində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Terner karyerasına 1950-ci illərdə rok-n-rolla başlayıb və MTV fenomeninə çevrilmişdi.