Kişi almaq istədiyi mənzilə gəldi, ordan özünü yerə atdı

Abşeronda kişi almaq istədiyi evə baxış zamanı özünü 4-cü mərtəbədən atıb.

1960-cı il təvəllüdlü Rəhman Quliyev Mehdiabad qəsəbəsində yerləşən 1 saylı binanın dördüncü mərtəbəsində yerləşən mənzildən özünü ataraq öldürüb.

Bildirilib ki, Rəhman Quliyev həmin mənzili almaq istəyib. Bu səbəbdən o ev sahibi Mirabbas Sadıqovla görüşərək mənzilə gəlib. Ev sahibi ilə bir qədər söhbət etdikdən sonra pəncərədən özünü ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.