Qayın aliment ödəməyən keçmiş yeznəsini qətlə yetirib

xəstəxanaya
xəstəxanaya

Abşeronda qətl hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, saat 21 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində qəsəbə sakini 1988-ci il təvəllüdlü Sultan İsrafil oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, S.Əliyevin keçmiş qayını – 1991-ci il təvəllüdlü Hüseyn Məmməd oğlu Qasımov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, tərəflər arasında münaqişə aliment borc öhdəliyi ilə əlaqəli olub.

Araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.