Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb

Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər üç şəxs vəziyyətləri nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.