Fransanın paytaxtı Parisin 5-ci rayonunda Sen-Jak küçəsindəki Paris Amerika Akademiyasının binasında partlayış baş verib.
Azpost.info TASS-a istinadən bildirir ki, partlayış nəticəsində 37 nəfər yaralanıb.
Yanğının söndürülməsinə təxminən 270 yanğınsöndürən və 70 yanğınsöndürən cəlb olunub.
Partlayışın gücündən binalardan biri uçub.
Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.