Ərəb Əmirliyində 30 mərtəbəli binadakı yanğın söndürülüb-FOTO

Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

AZƏRTAC “Əl Marsad” xəbər portalına istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 01:30 radələrində 30 mərtəbəli yaşayış binasında baş verib. Sakinlər təxliyə ediliblər.

Yanğın qısa zamanda yayılaraq binanın fasadını qismən sıradan çıxarıb.

Ölən və xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.