“Son illərdə Azərbaycanla əməkdaşlıq dinamik inkişaf edib, əla münasibətlərimiz var”- Albaniya Prezidenti

“Bu gün Sizinlə burada, möhtəşəm Bakı şəhərində görüşməyimdən çox məmnunam. Eyni zamanda, Sizə mənə və nümayəndə heyətinə göstərilən çox isti qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm”.

Bu sözləri Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə keçirilən geniş tərkibdə görüş zamanı deyib.

“Əminəm ki, görüşlərimizin intensivliyi iki ölkə arasında qardaşlıq ruhuna əsaslanan dostluq və əməkdaşlıq əlaqələrini gücləndirməklə bağlı sadiqliyimizi və birgə iradəmizi bir daha təsdiq edir. Son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib. Sizin də qeyd etdiyiniz kimi, bizim əla münasibətlərimiz var və çalışmalıyıq ki, iqtisadi sahədə də münasibətlər əla olsun. Şəxsən Sizin ölkələrimiz arasında əlaqələrin tarixinin yeni səhifəsinə sadiqliyinizi və töhfənizi yüksək qiymətləndirirəm. Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik”, – Bayram Beqay vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.