MDB-də pensiya təminatı məsələləri müzakirə edilib

Müstəqil Dövlətlər Birliyinin (MDB) mənzil-qərargahında MDB-yə üzv ölkələrin əhalisinin pensiya təminatının inkişafı üzrə iclas keçirilib.

MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidməti xəbər verir ki, tərəflər Birliyə üzv ölkələrin əcnəbi vətəndaşların pensiya təminatına hüquqlarının həyata keçirilməsi perspektivləri baxımdan milli pensiya sisteminin inkişafı məsələsi üzrə aktual informasiya mübadiləsi aparıblar. Azərbaycan tərəfi ölkədə əmək miqrantlarının sosial müdafiəsi barədə məlumat xarakterli material təqdim edib.

Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin pensiya təminatının səviyyəsi barədə məsələ üzrə fikir mübadiləsi aparılıb.

Bundan başqa, iclas iştirakçıları “Aktiv uzunömürlülük” strategiyası – yaşlı vətəndaşların marağına uyğun sosial siyasətin icrası üçün vasitə” mövzusunda dəyirmi masanın keçirilməsinə hazırlıq barədə MDB-nin İcraiyyə Komitəsinin məlumatını qeydə alıblar.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.