2023-cü ilin 6 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında 198,1 mln. manat və ya 8,5% artım qeydə alınıb.
Bu barədə Azpost.info-ya DSMF-dən məlumat verilib.
Büdcə təşkilatları üzrə daxilolma keçən ilin müvafiq dövrü ilə müqayisədə 67,7 mln. manat və ya 8,1%, qeyri-büdcə təşkilatları üzrə isə 238,4 mln. manat və ya 17,2% artımla olub.