Oğuzda kişi oğlunun toyundan sonra intihar edib

xəstəxanaya
xəstəxanaya

Oğuzda 51 yaşlı kişi övladının toyundan üç gün sonra intihar edib.

Hadisə axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Məmmədkərimovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədə asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı C. Məmmədkərimovun intihar etdiyi məlum olub. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, C.Məmmədkərimov üç gün əvvəl oğluna toy edib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.