“Rusiyanın prezident Vladimir Putinin iddia etdiyi kimi, həqiqətən də Belarusda taktiki nüvə silahı yerləşdirdiyinə şübhə etmək üçün heç bir əsas yoxdur”.
Azpost.info xəbər verir ki, bu barədə CNN Pentaqonun Kəşfiyyat İdarəsinin adları açıqlanmayan yüksək səviyyəli rəsmilərinə istinadən yazıb.
Putin ötən ay nüvə silahlarının artıq Belarus ərazisində olduğunu açıqlayıb. Rəsmi olaraq Qərb ölkələrinin nümayəndələri hələlik bu iddiaları nə təsdiq, nə təkzib ediblər.
Kəşfiyyat İdarəsinin nümayəndələri onu da qeyd ediblər ki, Rusiya Belarusda yerləşdirilən nüvə yüklərinə tam nəzarət edəcək.
Azpost.info