Saakaşvili Navalnı ilə həmrəy olduğunu bildirib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsdə olan rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə həmrəy olduğunu bildirib.

“Navalnı ilə həmrəyəm! Qeyri-insani Rusiya rejiminə qarşı mücadilə aparan Navalnı 20 il müddətinə azadlıqdan məhrum edilə bilər. Aleksey, sizə bütün əzab verənlərdən daha böyük tarixi əhəmiyyətə malik simvolsunuz”, – Saakaşivli “Tviter”də yazıb.

O, Rusiyada Vladimir Putin rejiminin tezliklə çökəcəyinə əminliyini ifadə edib və Navalnıya cansağlığı, güc arzulayıb.

Azpost.info

Əvvəlki məqalə

Abşeronda 18 yaşlı gənc həmyaşıdını bıcaqlayaraq öldürüb

Sonrakı məqalə

ABŞ kəşfiyyatı Rusiya nüvə silahlarının Belarusda olduğunu təsdiqləyib