Bakıda ağır yol qəzası olub, ölənlər var

Bakının Suraxanı rayonunda ağır yol qəzası olub.

APA xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Gərayov Ceyhun Zamiq oğlu idarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.

Hadisə nəticəsində C.Gərayov və onun qardaşı (adı dəqiqləşdirilir) ölüb.

İki sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əvvəlki məqalə

ABŞ kəşfiyyatı Rusiya nüvə silahlarının Belarusda olduğunu təsdiqləyib

Sonrakı məqalə

Bakıda yol qəzasında iki qardaş ölüb