Azərbaycan Türkiyə ilə birgə yeni əczaçılıq məhsullarının istehsalı zavodunu tikəcək

Pirallahı Sənaye Parkında qabaqcıl texnologiyalara əsaslanan, ilkin investisiya dəyəri 35 milyon manat və ilk mərhələdə illik istehsal gücü 35 milyon qutu təşkil edəcək yeni əczaçılıq məhsullarının istehsalı zavodunun tikintisi ilə bağlı “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” (Gen) şirkəti arasında tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, qardaş ölkə ilə iqtisadi əlaqələrimizin bütün sahələrdə güclənməsi üçün müştərək təşəbbüslərimiz davamlı olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.